Capcom şirkəti məşhur Resident Evil seriyasına əlavə olunacaq “Survival Unit” adlı tamamilə yeni bir mobil oyunun gələcəyini açıqlayıb. Bu oyun həm Android, həm də iOS platformalarında təqdim ediləcək və oyunçulara seriyanı mobil cihazlarda da yaşamaq imkanı verəcək.

İlk dəfə 1996-cı ildə təqdim olunan Resident Evil qorxu janrında əfsanəyə çevrilmiş və illər ərzində oyun dünyasında öz mövqeyini möhkəmləndirmişdi. İndi isə Capcom bu seriyanın pərəstişkarlarına gözlənilməz və sevindirici bir xəbər verib.
Yeni oyun – Resident Evil: Survival Unit – hələlik yalnız rəsmi olaraq elan edilib. Oyunla bağlı bütün detallı məlumatlar isə 10 iyul tarixində keçiriləcək xüsusi tədbirdə paylaşılacaq. Bu tədbirdə oyunun mövzusu, oynanışı, çıxış tarixi və ilk fraqmenti ictimaiyyətə təqdim ediləcək.