2025-ci ilin bu günə qədər satışa çıxan avtomobilləri arasında ən etibarlı modellər, Euro NCAP-in apardığı tədqiqatlar nəticəsində seçilib.
Avropanın müstəqil təhlükəsizlik test mərkəzi Euro NCAP Tesla Model 3-ü 2025-ci ilin ən təhlükəsiz avtomobili elan edib. Yeni testlərə qatılan 20 model içərisində Model 3, 400 bal üzərindən 359 bal toplayaraq liderliyə yüksəlib.
Əslində Model 3 bazarda uzun müddətdir mövcuddur, amma Tesla təhlükəsizlik standartlarının müəyyən edilməsində hələ də öncülük edir. Yenilənmiş test kriteriyalarına görə, avtomobil böyüklərin qorunmasında 90%, uşaqların müdafiəsində 93%, piyadaların təhlükəsizliyində 89% və təhlükəsizlik sistemlərində 87% yüksək ballar qazanıb.

Euro NCAP-ə görə ən etibarlı avtomobillər:
Otomobil | Yolcu Koruması | Çocuk Koruması | Yaya Koruması | Güvenlik Destek Sistemleri |
---|---|---|---|---|
Tesla Model 3 | %90 | %93 | %89 | %87 |
Polestar 3 | %90 | %93 | %79 | %83 |
Audi A6 e-tron | %92 | %91 | %75 | %80 |
Voyah COURAGE | %90 | %88 | %76 | %87 |
GEELY EX5 | %86 | %87 | %83 | %83 |
Cupra TERRAMAR | %89 | %87 | %82 | %76 |
MINI Cooper E | %89 | %87 | %77 | %79 |
BYD SEALION 7 | %87 | %93 | %76 | %79 |
VW Tayron | %87 | %85 | %83 | %80 |
Qeyd edək ki, Tesla-nın çox müzakirə olunan “Tam Avtonom Sürüş” (FSD) sistemi Avropada hələ istifadəyə verilməyib. Əgər bu sistem də işə düşsə, Model 3-ün təhlükəsizlik səviyyəsi daha da yüksələ bilər. Model 3-dən başqa, Volkswagen ID.7, Polestar 3 və Geely EX5 də yüksək ballar əldə edib, lakin Tesla-nın səviyyəsinə çata bilməyiblər.