OpenAI, Oracle ilə illik 30 milyard dollar dəyərində bir razılaşma imzalayıb və bu, süni intellekt tarixində bu vaxta qədər görülməmiş ölçüdə bir bulud hesablama əməkdaşlığı kimi qiymətləndirilir. ABŞ-ın müxtəlif ştatlarında tikiləcək yeni məlumat mərkəzləri sayəsində 4.5 gigawatt gücündə bir infrastruktur qurulacaq.

OpenAI və Oracle birlikdə yeni məlumat mərkəzləri quracaq
Bu güc, ABŞ-da mövcud olan ümumi məlumat mərkəzi infrastrukturunun dörddə birinə bərabərdir! Razılaşma, OpenAI-ın yanvar 2025-də SoftBank ilə başladığı “Stargate” layihəsinin miqyasını xeyli genişləndirir.
Oracle, bu layihə çərçivəsində Texas, Michigan, Wisconsin, Wyoming, New Mexico, Georgia, Ohio və Pennsylvania ştatlarında yeni mərkəzlər inşa edəcək. Xüsusilə Texas ştatının Abilene şəhərində yerləşən 1.2 GW-lıq Stargate mərkəzi böyüdüləcək.
Bu böyük layihəni Crusoe adlı məlumat mərkəzi startapı maliyyələşdirir. Oracle isə bu mərkəz üçün Nvidia-dan 400.000 ədəd GB200 prosessor almağı planlaşdırır. Bu alışın dəyəri isə təxminən 40 milyard dollar olacaq!
Stargate layihəsi bu günə qədər Oracle, SoftBank və Əbu-Dabi mərkəzli MGX fondu daxil olmaqla müxtəlif investorlar tərəfindən təxminən 50 milyard dollar maliyyə vəsaiti ilə dəstəklənib.

Məqsəd: 500 milyard dollarlıq qlobal infrastruktur
OpenAI və Oracle, gələcəkdə dünya üzrə məlumat mərkəzi yatırımlarını 500 milyard dollara qədər çıxarmağı planlaşdırır. Bu nəhəng infrastruktur, OpenAI-ın böyük dil modelləri və ChatGPT kimi məhsullara olan artan tələbatını qarşılamaq məqsədi daşıyır.
Razılaşma açıqlandıqdan sonra Oracle-ın səhmlərində rekord artım müşahidə olunub. Bu müqavilə ilə Oracle-ın əldə edəcəyi gəlir, 2025-ci il üçün proqnozlaşdırılan 10.3 milyard dollarlıq məlumat mərkəzi gəlirinin üç qatına yaxın olacaq.